Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
S&P neft qiymətləri üzrə proqnozunu yüksəldib
S&P neft qiymətləri üzrə proqnozunu yüksəldib

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi 2022-2023-cü illər üçün neftin qiymətləri üzrə proqnozunu yüksəldib.

Bu barədə "APA-Economics" S&P-yə istinadən xəbər verir.

Agentliyin proqnozuna əsasən, bu il "Brent" markalı etalon neftinin orta qiyməti bir barel üçün 85 ABŞ dolları səviyyəsində ola bilər, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 10 dollar çoxdur.

Agentliyin proqnozuna əsasən, 2023-cü ildə "Brent"in qiyməti 70 dollar (öncəki proqnoz 65 dollar), 2024-cü illərdə isə 55 dollar (öncə ki proqnoza göstəriciyə bərabərdir) səviyyəsində olacaq.

Agentlik WTI markalı neftin qiymət üzrə də 2022-2023-ci illər üçün proqnozunu yüksəldib. Belə ki, proqnoza əsasən, bu il WTI-ın qiyməti 80 dollar səviyyəsində olacağı ehtimal edilir, bu da öncəki proqnozdan 10 dollar çoxdur. 2023-cü ildə bu göstəricinin 65 dollar (öncəki proqnoz 60 dollar), 2024-cü ildə isə 50 dollar (öncəki proqnoza bərabərdir) olacağı proqnozlaşdırılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »