Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin bunu gözləmirdi, yoxsa özünü bəlaya salmazdı” - Rusiyada gərginlik artır
“Putin bunu gözləmirdi, yoxsa özünü bəlaya salmazdı” - Rusiyada gərginlik artır

Müharibəyə görə Rusiya elitası çox ağır günlərini yaşayır. Ölkənin zəngin adamları böyük pullar itirir. Rusiya elitasının savaş günlərində 80 milyard dollardan çox əldən verdiyi bildirilir. Hiss olunur ki, oliqarxlar, Kremlin əsas fiqurları çox narazıdır. Bunu prezident Vladimir Putinlə görüşlərdə də hiss etmək olur. Sadəcə, səsini çıxaran yoxdur.

Bizimyol.info xəbər verir ki, politoloq Abbas Qallyamov Rusiya elitasının Putindən çox qorxduğuna əmindir. “Rusiya elitası şokdadır, amma Putindən dəhşətli dərəcədə qorxurlar”, - ifadə məhz belə səslənib.

“Ondan əvvəllər də qorxurdular. Başa düşürlər ki, Putin onların başına hər oyunu gətirə bilər. Məncə, indi elitada hən hansı fikir ayrılığı gözləməyə dəyməz. Amma “hələlik” ifadəsini xüsusi vurğulamalıyıq. Putin çox qəzəblənib. Ona görə Ukrayna şəhərləri belə bombalanır. Çünki istəyinə çata bilmir”.

Qallaymov deyir ki, müharibənin davam etməsi Rusiya cəmiyyətində narazılıq yaradacaq. Zamanla etiraz dalğası elitaya da təsir göstərəcək.

“Sanksiyalar da işini görür. Ümumiyyətlə, Kremldə insanlar anlayır ki, baş verənlərə görə cavab vermək lazım gələcək. Sanki buna görə hadisələrdən uzaq dayanmağa çalışırlar. “Brilyant əl” filmində deyildiyi kimi: “Mən günahkar deyiləm, o özü gəlib”. Axı Putin də son illər hakimiyyəti şəhər məmurlarından alıb güc strukturlarına verib. Şəxsən mən bunu səfehlik sayıram. Əvvəllər hakimiyyəti belə idarə etmək olardı. Məsələn, ötən əsrdə Latın Amerikasında və ya 10-15 il əvvəl Afrikada. Onda cəmiyyətlər daha bəsit idi. İndi isə hakimiyyəti heç bir halda güc strukturlarına həvalə etmək olmaz. Buna görə də prezidentlə administrasiyası arasında çatlar əmələ gəlib”.

Politoloq düşünür ki, elita çox dilxordur. Amma Qallyamovda onların nəyisə dəyişmək iqtidarında olmadığına əminlik yaranıb.

“Hakimiyyəti populyar etiraz dalğası devirə bilər. Demirəm ki, nəsə narıncı inqilab kimi bir şey. Hər şey küçəyə çıxacaq adamlardan asılıdır. Onları da görməyə başlamışıq”.

Qallyamov Putinin hərbi əməliyyatlar məsələsində yanıldığını hesab edir. Kremlin rəhbəri Ukraynanın müqavimətini tez qıracaqlarını düşünürmüş.

Vladimir Zelenski Vladimir Zelenski

“Putini generallar inandırıb ki, Krımın ələ keçirilməsi kimi indi də məqsədə çatmaq asan başa gələcək, Zelenski qaçacaq, lazımi yerlərə yetişmək mümkün olacaq. Putin indiki vəziyyəti gözləmirdi. Yoxsa heç vaxt özünü bəlaya salmazdı. Mənə elə gəlir ki, Putin anlaşmağa hazırdır. Qərb onun nüvə dəyənəyini havada oynatmasından narahatdır. Bəlkə də, Zelenskinin Putinlə hər hansı şəkildə anlaşmasını istərdilər. Amma Ukrayna prezidenti xalqdan dəstək alaraq çox inamlı təsir bağışlayır”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »