Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tonqallar necə olmalıdır ki, təhlükəyə çevrilməsin?
Tonqallar necə olmalıdır ki, təhlükəyə çevrilməsin?

Novruz sayılı günlər qalıb. Demək olar ki, Novruza qədər olan 4 çərşənbədən ikisini yaşamışıq. Novruz bayramının əsas atriburtlarından biri də gur yandırılan tonqallardır. Ancaq təəssüflər olsun ki, bəzən bayram eşqinə yandırılan tonqallar yanğınlara səbəb olaraq vətəndaşlara mənəvi və maddi zərər vurur. Novruz tonqalları səbəbilə baş verən yanğınların qarşısını almaq üçün yanğından təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Belə ki, tonqallar yanar materialların yaxınlığında yandırılmamalı, texniki qurğulardan, qaz xəttlərindən, ev və mənzillərdən, tez alışan maye və materialların saxlanıldığı yerlərdən uzaq yandırılmalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info saytına müsahibəsində bildirib ki, çox zaman deyirlər ki, bayram tonqallarını söndürmək olmaz. Amma söndürülməyən bayram tonqalı sonradan yanğına səbəb ola bilər. Buna görə də, tonqallar nəzarətsiz buraxılmamalıdır.

Elmar Nurəliyev Elmar Nurəliyev

“Bəzən tonqalın közü zəifləyəndə daha nəzarət etmirlər ki, sönəcək. Amma zəif bir əsinti və ya külək o tonqalı yenidən alovlandıra bilər. Bəzən uşaqlara məşəl yandırıb verirlər. Bu da yanğınlara səbəb ola bilər. Ümumiyyətlə, həyətlərdə və yanar material olan ərazilərdə tonqal yandırılmamalıdır. Kiçik bir qığılcım yanğına səbəb ola bilər. Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər”.

Ekspert həmçinin qeyd edib ki, bəzən bayram tonqallarında uşaqların və eləcə də böyüklərin yanğın xəsarəti alması müşahidə edilir. Buna görə də, tonqalların üzərindən atlayan zaman diqqətli olmaq lazımdır, yanmağa meylli parçalardan geyimlər geyinərək tonqal üzərindən atlamaq təhlükəlidir.

“Uşaqları xüsusilə qorumaq lazımdır. Bəzən tonqallar o qədər böyük qalanır ki, onun üzərindən atlayan uşaq yıxılıb bütünlüklə yanıq xəsarəti ala bilər” - deyən ekspert bildirib ki, çərşənbələrdə və bayramda süfrələrində yandırılan şam da yanğın təhlükəsi daşıyır. Belə ki, yanan şamları da nəzarətdə saxlamaq lazımdır: “Bəzən şamı yandırıb stolun üzərinə qoyurlar, kiçik bir oddan bir şey olmaz deyə düşünürlər. Amma yanğın üçün bir qığılcım da bəs edir. Buna görə də süfrədə yandırılan şamları uşaqlara tapşırmaq, nəzarətsiz buraxmaq olmaz”

Ekspertin sözlərinə görə, tonqalın hündürlüyü 1,5 metrdən yüksək olmalıdır. Tonqala plastmas, rezin, sellofan və s. bu kimi materiallar atılmamalıdır. Əks halda, bu maddələr zəhərlənməyə səbəb ola bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »