Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çökdürəcəyik.., sistemin "ürəyini" - Putini hədəfə almışıq” – Qərb geri çəkilmir
“Çökdürəcəyik.., sistemin "ürəyini" - Putini hədəfə almışıq” – Qərb geri çəkilmir

Hazırda qlobal miqyasda Rusiyaya qarşı təzyiqlər güclənməkdədir. İqtisadi baxımdan artıq “sındırılmış” Rusiya isə panik qərarlar verir və dinc əhalini hədəf seçir. Bizimyol.info  günün ən vacib olaylarını oxuculara təqdim edir:

“Qazprom”un “Şimal axını 2” layihəsinin operatoru olan İsveçrənin “Nord Stream 2 AG” şirkəti sanksiyalardan sonra özünü müflis elan etmək barədə düşünür. Bu barədə “Reuters” şirkətdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, şirkət müflisləşmə ilə bağlı müraciət etməyi düşünür və martın 2-də, yəni ABŞ sanksiyaları işə düşməzdən əvvəl öhdəliklərini həll etməyə çalışır.

***

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire deyib ki, “Putin Ukraynadakı niyyətlərindən imtina edənə qədər Rusiyaya qarşı total iqtisadi və maliyyə müharibəsi aparmaqda qərarlıyıq”. O, bu barədə televiziyada çıxışı zamanı deyib: "Bu sanksiyalar çox təsirlidir. Biz Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsi aparıb onların iqtisadiyyatını çökdürəcəyik. Biz sistemin "ürəyini" - Vladimir Putini, oliqarxları, lakin ümumilikdə bütün Rusiya iqtisadiyyatını hədəfə almışıq. Bunun nəticələrini sıravi ruslar da hiss edəcəklər”,- deyə o bildirib. Nazir qeyd edib ki, sanksiyalar çevik və nəzərəçarpan olmalıdır və ilk nəticələr artıq görünməkdədir. O əlavə edib ki, Rusiya elitasına yaxın heç bir oliqarx sanksiyalardan yayına bilməyəcək.

***

Britaniyanın transsərhəd ödənişlər üzrə xidməti “Wise” Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiyada pul köçürmələrini dayandırdığını elan edib.

***

Belarus rəhbəri Aleksandr Lukaşenkonun özünü xilas etmək cəhdləri müşahidə olunur. O bir daha bildirib ki, biz Ukraynaya qarşı əməliyyatlarda birbaşa iştirak etmirik və bunu sübut etməyə hazırıq.

***

“Nurnberg-2022” şəbəkəsi yaradılıb. Şəbəkə Putin və onun komandası üzərində hərbi tribunalın qurulması üçün faktların toplanmasına başlayıb. Vizual faktlar “nurnberg2022.org” portalında yerləşdirilir.

Xatırladaq ki, Nürnberq şəhərinin adı 1946-cı ildə orada qurulmuş hərbi tribunala görə məşhurdur. Həmin tribunalda Adolf Hitlerin yaxın silahdaşları mühakimə olunmuşdu.

***

Rusiya xarici işlər naziri Sergey Lavrov BMT İnsan Haqları Şurasında onlayn qaydada çıxış etməyə başlayarkən zalda oturan nümayəndələrin xeyli hissəsi etiraz əlaməti olaraq zalı tərk ediblər. Lavrov müharibənin səbəbi kimi “Ukraynada insan haqlarının pozulmasını göstərib”. Yəni orada insan haqları pozulurmuş və Rusiya bunun qarşısını almaq üçün Ukraynaya daxil olub.

***

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib ki, Kreml dalana dirənib, ona görə də Ukraynaya qarşı hücumları xüsusilə təhlükəli olacaq.

Qeyd edək ki, bu gün Rusiyanın dinc yaşayış məskənlərini aşkar şəkildə hədəfə almasını bir çox ekspertlər də Rusiyanın hərbi əməliyyatlarının uğursuzluğu ilə izah edirlər. Rusiya ordusunun hücum potensialının tükəndiyi deyilir. Logistika əsasən “Bayraktar” dronları ilə sıradan çıxarılıb və bunun nəticəsi olaraq ordunun ərzaq və yanacaqla təminatında ciddi problem yaşanır.

***

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukrayna və Rusiya arasında danışıqlara vasitəçilik etməyi təklif edib.

Müşahidəçilərin fikrincə, Tokayev Rusiyanın zəifləməsindən narahat olmağa başlayıb. Öz xalqına qarşı Rusiya ordusundan istifadə edən Tokayev getdikcə güclənən və Rusiyanı dizi üstə qoymaq gücünü göstərən Qərb qarşısında öz imicini az da olsa, reabilitasiya etmək istəyir. Ona görə də bu məsələlərdə açıq şəkildə Rusiyaya dəstək vermir.

***

Ukrayna ordusuna qarşı döyüşdə irəliləməyi bacarmayan Rusiya ordusu panik addımlar atmağa başlayıb. Bu gün Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrində yaşayış məskənləri və binaları intensiv qaydada atəşə tutub, çoxlu sayda dinc əhali, o cümlədən ən azı 16 uşaq həyatını itirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »