Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 768 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »