Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Ukraynanın ərazi bütövlüyünə qarşı çıxıb
Lavrov Ukraynanın ərazi bütövlüyünə qarşı çıxıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ərazi bütövlüyünə hörmət prinsipi yalnız hökumətləri öz ərazisində yaşayan bütün insanları təmsil edən dövlətlərə şamil edilir və “Kiyev hökuməti onlara aid edilə bilməz”.

Bizimyol.info xəbər verir ki, bu barədə "real-vin" məlumat verib.

"Bundan əlavə, o, eyni məzmunda Ukraynanı və onun hakimiyyətini heç vaxt olmayan bir şeydə ittiham edib. Bu cür rüsvayçı yalandan sitat gətirməyin mənası yoxdur.

Beləliklə, Kreml təcavüzə haqq qazandırmaq üçün eyni dərəcədə dəhşətli yalanlara əl atdı. Kiyev, Xarkov, Çerniqov, Çerkassı, Sumi, Xerson, Mariupol, Jitomir, Xmelnitski, Nikolayev və bir çox başqa yaşayış məntəqələrinə, infrastrukturuna raket hücumlarının etdi.

Üstəlik, o, artıq rütubətli torpağa basdırılmış rus hərbçilərinin həyatına etinasızlıq nümayiş etdirdi. Artıq onların təxminən 6 min nəfəri ötüb. Bu sivilizasiyadan təcrid olunmuş rusların özünə hörmətsizlik", - deyə sayt yazır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »