Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xameneyi Rusiya-Ukrayna müharibəsində ABŞ-ı günahlandırır
Xameneyi Rusiya-Ukrayna müharibəsində ABŞ-ı günahlandırır

İran lideri Ayətullah Əli Xameneyi Ukraynadakı müharibə ilə bağlı dəyərləndirmələr edib. Xameneyi regionda müharibəyə səbəb ABŞ-ın böhran yaratma siyasətinin olduğunu deyib.

Bizimyol.info xəbər verir ki, İran lideri Məhəmməd peyğəmbərin peyğəmbərlik risalətinin ildönümünü qeyd edən Qurban bayramı münasibətilə dövlət televiziyası ilə canlı yayımlanan çıxış edib.

Çıxışının bir hissəsində Ukraynadakı müharibəyə həsr edən Xameneyi bu ölkədəki böhranın ABŞ-ın Ukraynaya müdaxiləsindən qaynaqlandığını bildirib.

ABŞ-ı “mafiya rejimi” olaraq xarakterizə edən dini rəhbər: “Bu mafiya rejiminə dünyanın böhran içində olması lazımdır. Ona görə də bütün dünyada böhranlar yaradırlar”, - deyib.

Xameneyi: “Ukrayna ABŞ-ın böhran yaratma siyasətinin qurbanı oldu. Biz Ukraynada müharibənin dayandırılmasının tərəfdarıyıq, lakin istənilən böhranın dərmanı onun köklərini müəyyən etməkdir. Ukraynadakı böhranın kökü ABŞ-dadır”, - deyə əlavə edib.

Rusiyanın hücumları ilə bağlı İran lideri Xameneyi deyib: “Biz insanların qırılmasını və millətlərin infrastrukturlarının məhv edilməsini bəyənmirik və bu, bizim qəti bəyanatımızdır. Biz Əfqanıstanda toy karvanına atılan bombanı “terrorla mübarizə” adlandıran qərblilərə bənzəmirik. ABŞ Suriyanın şərqində nə edir? Niyə Suriyanın neftini və Əfqanıstanın pulunu oğurladılar?”

“ABŞ və Avropaya güvənən hökumətlər bilməlidirlər ki, bu dəstəklər real deyil, ilğımdır. Dünən Əfqanıstan, bu gün Ukrayna. Hər iki ölkənin prezidentləri ABŞ və Qərb hökumətlərinə güvəndiklərini, lakin tək olduqlarını bildiriblər”, - deyə İranın dini lideri qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »