Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar!
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar!

Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər daha 4 medala sahib olublar.

Məktəblilərimiz beynəlxalq olimpiadalarda yeni uğurlara imza atmağa davam edirlər. Bu dəfə Azərbaycan məktəbliləri Qazaxıstanda təşkil olunan XVIII Beynəlxalq Jautikov Olimpiadasında biliklərini sınayaraq yüksək nəticələr əldə ediblər.

35 məktəbli ilə təmsil olunan komandamız mötəbər elm yarışında ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika fənni üzrə ölkəmizi təmsil edən məktəblilərin payına düşüb. Belə ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsibov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev isə bürünc medala sahib olublar.

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıblar!

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq Azercell fəaliyyətə başladığı gündən, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »