Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı qadından rus əsgərini heyrətə gətirən cavab
Ukraynalı qadından rus əsgərini heyrətə gətirən cavab

Rusiyanın Ukraynaya hücumlarının davam etdiyi vaxtda, xalq müqavimətini davam etdirir.

Bizimyol.info xəbər verir ki, Sumskaya rayonundakı kəndinə qayıdıb, evinə getmək istəyən ukraynalı qadınla onun avtomobilini saxlayan rus əsgərləri arasında yaranan dialoq xarici mediada gündəmə çevrilib.

Belə ki, rus əsgərlər qadının avtomobilini saxlayaraq, ondan sənədlərini və maşının yük hissəsini açmasını tələb ediblər. Lakin ukraynalı sürücü qadın onların əmrlərinə və tələblərinə məhəl qoymayıb, onlarla söz savaşına giriş.

“Sənədləri niyə göstərməliyəm? Terrorçulara sənədləri göstərmirəm. Mən Ukrayna vətəndaşıyam və burada doğulmuşam. Sənin bizim torpaqlarda nə işin var? Öldürməyə gəlmisən? Axı sən kimsən? Avtomat silahlarla qadınlara qarşı durursan. Niyə gəlmisən?",- deyərək qadın rus əsgərlərə qarşı çıxıb.

Qeyd edək ki, Ukraynın bir neçə vilayətində kəndlilər yalın əllə tankların qarşısına keçir və rus əsgərlərinin irəliləməsinin qarşısını alırlar.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »