Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN-dən açıqlama: “Bizim daha çox dəstəyə və silaha ehtiyacımız var”
Ukrayna XİN-dən açıqlama: “Bizim daha çox dəstəyə və silaha ehtiyacımız var”

Rusiyanın Ukraynaya hücumlarına qarşı Ukrayna tərəfi qərbli müttəfiqləri ilə məsləhətləşmələri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya hücumları ilə bağlı ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Görüşdən sonra nazir Kuleba sosial media hesabından görüşün məzmunu ilə bağlı açıqlamalar verib və bildirib ki, Rusiyanın hücumlarına qarşı Ukraynanın daha çox dəstəyə və silaha ehtiyacı var.

“Görüşümüzdə ABŞ dövlət katibi Blinken ABŞ-ın Ukraynaya dəstəyini çatdırdı. Ukrayna sülh istəyir, amma Rusiyanın hücumlarına qarşı daha çox dəstəyə və silaha ehtiyacımız olduğunu vurğuladım. Blinken təsdiqləyib ki, birinci və ikinci sanksiyalardan daha çox şey gələcək. Əlavə addımlar atmağa razılaşdıq”, - deyə Dmitri Kuleba qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »