Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bayraktar" xətləri saxlayır, düşmən uğur qazana bilməyib - Ukrayna Baş Qərargahı
"Bayraktar" xətləri saxlayır, düşmən uğur qazana bilməyib - Ukrayna Baş Qərargahı

Baş Qərargah dığını bildirib. Peyk görüntüləri paytaxtın yaxınlığında işğalçıların sütununu göstərir

Rusiya qoşunları hələ də Kiyevə hücum həyata keçirməyə çalışırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 1-nə keçən gecə “Facebook” sosial şəbəkəsində dərc olunmuş xülasəsində bildirilib.

"Kiyev ətrafında vəziyyət gərgin olaraq qalır. Polesiedə düşmən paytaxt istiqamətində hücumu bərpa etmək cəhdlərini davam etdirir", - məlumatda deyilir.

Baş Qərargah hesab edir ki, düşmən öz hücum potensialını itirir, lakin o, hərbi və mülki hədəflərə atəş zərbələri endirməkdə davam edir və Belarus hava məkanından istifadə də daxil olmaqla, təyyarələrlə kəşfiyyat aparır.

"Bütün ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin artilleriya və "Bayraktar TB2" PUA ilə dəstəklənən bölmələri müəyyən xətləri saxlayır. Düşmən heç bir bölgədə uğur qazana bilməyib", - Baş Qərargah qeyd edib.

"Maxar Technologies"in yeni peyk görüntüləri şimaldan Kiyevə yaxınlaşan böyük hərbi karvanı göstərir. Yenilənmiş məlumata görə, sütunun uzunluğu 60 km-dən çoxdur. Onun bir hissəsi artıq Qostomeldəki (Kiyevdən 25 km aralıda) Antonov hava limanının ərazisinə daxil olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »