Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çaşqınlıq bəzən təcavüzə, bəzən də cinayət əməllərinə sürükləyir"
"Çaşqınlıq bəzən təcavüzə, bəzən də cinayət əməllərinə sürükləyir"

Son zamanlar cəmiyyətdə istər gənclər, istər yeniyetmələr arasında aqressiya, bullingə meyl, əsəb-stress, gərginlik, intihar halları, cinayətə meyllilik və s. özünü daha çox göstərməyə başlayıb. Bunu biz baş verən dəhşətli cinayətlərin təfərrüatına nəzər salanda, intiharların kateqoriyasına baxanda, DİN tərəfindən saxlanılmış narkotik istifadəçiləri və satanların simalarına nəzər salanda, sosial şəbəkələrdə məktəblərdəki müəllim-şagird münasibətlərini əks etdirən videolara baxanda aydın görə bilirik.

Son zamanlar cəmiyyəti, xüsusən gənc nəsli aqressivləşdirən, qıcıqlandıran nədir?

“Ötən 30 il ərzində Azərbaycan xalqının taleyi üçün tarixi əhəmiyyətli hadisələr baş verib. 2022-ci il fevralın 26-da faciəvi tarix olan Xocalı hadisələrinin 30-cu ildönümünü qeyd etdik. İkinci Dünya Müharibəsinin nasizmi 1992-ci ildə Qarabağ torpağında özünü yüksək səslə elan etdi. Son 30 ildə baş verən bütün dağıntılara, bir milyon qaçqına baxmayaraq, xalqımız ədalətin zəfər çalacağına inanırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan ordusu dağıdılmış Qarabağ torpaqlarını azad etdi”.

Bu barədə Bizimyol.info saytına AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosiologiya” şöbəsinin müdiri, Əməkdar Elm Xadimi, fəlsəfə elmləri doktoru Əzimova Rəfiqə Cəlil qızı danışıb. O, qeyd edir ki, müharibə şəraitində xalqımızın yaşadığı ağır sosial-psixoloji vəziyyətlər bəzi insanların sinir-psixoloji vəziyyətinə təsirsiz ötüşməyib, nəticədə aqressiyaya səbəb olmağa, bəzən isə onları cinayətə sövq etməyə bilməzdi: “Qarabağ işğaldan azad ediləndən sonra, münaqişədən sonrakı dövrdə hər birimiz üçün məsuliyyətli dövrdür. Pandemiya vəziyyəti daha da gərginləşdirdi. Çaşqınlıq bəzən təcavüzə, bəzən də cinayət əməllərinə sürükləyir. Bu gün biz təkcə bir-birimizin qarşısında deyil, həm də Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırıq”.

R.Əzimovanın sözlərinə görə, yeniyetmə və gənclərimizin taleyi, demək olar ki, müasir təhsildən, bilavasitə müəllimlərimizin şəxsi və peşəkar potensialından asılıdır. İnformasiya cəmiyyəti şəraitində Azərbaycan müəlliminin qarşısında onun dünyagörüşünə, şəxsi və peşəkar səviyyəyə tələbkarlıq qat-qat artmalıdır.

“Gözləməyə vaxt qalmayıb” - deyən elm xadimi vurğulayıb ki, bu gün valideynlərin əsas vəzifələrindən biri uşaq və yeniyetmələrin əxlaqi və fiziki sağlamlığını qorumaqdır.

“Zənnimcə, artıq valideynlərin uşaqları qarşısında məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyasında qanunla tənzimlənməlidir və yeri gəlsə cərimələnməlidir” - deyə R.Əzimova bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »