Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa həyəcan təbili çalır: Putin öz “şeytan”larından istifadə edəcəkmi?
Avropa həyəcan təbili çalır: Putin öz “şeytan”larından istifadə edəcəkmi?

Rusiyanın Ukraynaya müdaxiləsinin beşinci günündə, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdən sonra Rusiya Nüvə Qarşıdurma Qüvvələrinə yüksək döyüş hazırlığı əmri verib.

Bizimyol.info xəbər verir ki, aradan qaldırıldığı güman edilən “nüvə təhlükəsi” Putinin eyhamlarından sonra yenidən gündəmə gəlib. Rusiya liderinin getdikcə “gözlənilməz” olması ilə dünyanın ən böyük nüvə silahından istifadə təhlükəsi xüsusilə ABŞ və NATO müttəfiqləri üçün son dərəcə narahatedici həddə çatıb. Britaniya mediası iddia edirdi ki, Putinin Ukraynaya müdaxiləsi zamanı üzləşdiyi müqavimət onu daha çıxılmaz və qorxulu tədbirlər görməyə sövq edə bilər. Yəni bu şayiələr doğru ola bilərmi? Avropanı hansı kabus gözləyir?

Britaniya mətbuatına görə, Putin tamamilə hər bir ssenariyə hazırdır. Britaniyanın “The Sun” qəzeti yazır ki, Putinin sərəncamında orta hesabla 5977 nüvə başlığı var, onlardan 1600-ü yerləşdirilməyə hazırdır və bu başlıqlar qurudan, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilər.

Bundan əlavə olaraq qəzet yazır ki, Rusiyanın güclü uzaqmənzilli raketlərə döyüş başlığı kimi buraxıla bilən strateji nüvə silahları var. Onların arasında İngiltərəyə cəmi 20 dəqiqəyə, ABŞ-a isə 30 dəqiqəyə çata bilən qitələrarası ballistik raketlər var. "Şeytan" kimi qəsdən qorxunc adları olan bu strateji silahlar bütün şəhərləri məhv etmək üçün nəzərdə tutulub. Lakin bu cür silahlardan istifadə Putin üçün böyük risk deməkdir. Çünki ABŞ, İngiltərə və Fransanın ümumilikdə 5428 döyüş başlığı olduğu məlumdur. NATO qüvvələrinin də eyni dərəcədə ölümcül ehtiyata malik olduğu düşünülür.

Müstəqil “Novaya qazeta”nın əməkdaşı Pavel Felgenhauer isə Putinin öz silahlarından istifadə edə biləcəyi qənaətindədir.

"Onun üçün bir seçim Avropaya qazın kəsilməsidir. Başqa bir variant isə Şimali dəniz üzərində, İngiltərə ilə Danimarka arasında bir yerdə nüvə silahını partlatmaq və nə baş verdiyini görməkdir”, -deyə Felgenhauer bildirir.

Böyük Britaniyanın mühafizəkar deputatı Tom Tugendhat da Putinin nüvə silahından istifadə edə biləcəyini düşünənlər sırasındadır. O, “The Sun”a açıqlaması zamanı deyib: "Rusiya ordusuna nüvə silahından istifadə etmək əmri verilməsi həyəcan verici, lakin qeyri-mümkün deyil".

Bəzi mütəxəssislər isə bunun hiylə ola biləcəyinə inanırlar. Məsələn, Böyük Britaniyanın köklü təhsil müəssisələrindən biri olan UCL-dən professor Endryu Vilson mövzu ilə bağlı açıqlamasında “Putin bir az dəli rolunu oynayır. Nəzəri olaraq o, düşünür ki, əgər insanlar mənim onlardan istifadə edəcək qədər dəli olduğumu düşünürsə, bu mənim xeyrimədir”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »