Rusiyanın Ukraynaya hücumu nəticəsində, BMT-nin məlumatına görə, artıq 100-dən çox dinc sakin həlak olub, 300-dən çox insan isə yaralanıb.
Bizimyol.info xəbər verir ki, "Deutsche Welle"in məlumatına görə, bu barədə bazar ertəsi, fevralın 28-i axşam saatlarında BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Cenevrədəki ofisi məlumat verib.
Ali komissarın sözlərinə görə, həlak olanlar arasında ən azı 7 uşaq da var. Bəyanatında deyilir ki, itkilərin əksəriyyəti artilleriya, raket və havadan bombardmanlar nəticəsində olub.
Ukrayna mətbuatı bildirir ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 28-nə olan məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 352 nəfər ölüb, o cümlədən 16 uşaq, 2040 mülki şəxs, o cümlədən 45 uşaq yaralanıb.
Qadir, Bizimyol.info