Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi təbii qazı vurdu - Almaniya hərəkətə keçdi
Rusiya-Ukrayna müharibəsi təbii qazı vurdu - Almaniya hərəkətə keçdi

Ukraynaya hücumdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edən Almaniyada təbii qaz qıtlığı yaranmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habeck verdiyi açıqlamada təbii qaz ehtiyatlarının 30 faizdən bir qədər az olduğunu və vəziyyətin narahatedici olduğunu bildirib. O, təbii qazın kritik həddə düşməsini və sürətlə artan qiymətləri tənzimləmək, Rusiya qazından asılı olmamaq üçün zəruri addımların atılmasının vacib olduğunu vurğulayıb.

“Tikiləcək qaz anbarları ölkə əhalisinin qış aylarını keçirməsinə kifayət etməlidir. İnsanların tələbatı ödənilməlidir.

Biz qanun layihəsinin aprel ayında Bundestaq tərəfindən təsdiqlənməsi üçün çalışırıq ki, mayın 1-də qüvvəyə minsin. Bu ilin yayında anbarları doldurmağa başlamaq niyyətindəyik”.

Qeyd edək ki, Almaniyanın anbar həcmi təqribən 24 milyard kubmetrdir. Qaz ehtiyatları isə 2021-ci il dekabrın 1-də 90 faizə, fevralın əvvəlində isə 40 faizə düşüb. Hazırda ehtiyatlar 30 faizdən aşağıdır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »