Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əsgərinin həyatı 50 dollar dəyərindədir
Rusiya əsgərinin həyatı 50 dollar dəyərindədir

Ukraynada öldürülən rus əsgərinin yaxınlarına 11 min rubl təzminat ödəniləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ali Radanın "Telegram" kanalında məlumat verilib.

“Rusiyada ölkəmizin ordusu tərəfindən məhv ediləcək hərbçinin hər birinin ölümünə görə, onun yaxınlarına 11 min rubl ödəniləcək. İndiki məzənnə dəyişikliyini nəzərə alsaq, rus düşmənləri bir insan həyatını 50 dollar dəyərində qiymətləndirirlər.

Mövcud məzənnəyə əsasən, rus dövləti öz vətəndaşının həyatını 50 dollar dəyərində qiymətləndirib və onlardan işğalçı ordu yaradıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dörd gün ərzində 5,3 mindən çox rus işğalçısı öldürülüb və yaralanıb. Eyni zamanda düşmənin yüzlərlə əsgər və zabiti əsir götürüldü.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »