Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Rusiya ilə danışıqlarda hələlik heç bir nəticə yoxdur
Zelenski: Rusiya ilə danışıqlarda hələlik heç bir nəticə yoxdur

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib. Ukrayna hakimiyyəti nümayəndə heyətinin qayıdışından və danışıqlar prosesini təhlil etdikdən sonra danışıqların ikinci raunduna keçidlə bağlı qərar verəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müraciətinin videosu onun ofisinin Telegram kanalında yerləşdirilib.

Zelenski Belarusda Rusiya ilə aparılan danışıqlara toxunaraq: "Hələlik əldə etmək istədiyimiz nəticəyə malik deyilik. Rusiya öz istəklərini diktə etməyə çalışır. Müharibəni bitirmək üçün bizə tamamilə əks-mövqelər səsləndirilib. Biz bəzi siqnallar almışıq. Nümayəndə heyəti Kiyevə qayıtdıqdan sonra biz səsləndirilən təklifləri təhlil edəcəyik və danışıqların ikinci raunduna necə keçəcəyimizi müəyyənləşdirəcəyik”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski bir daha Qərb ölkələrini və bütövlükdə beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.

O, həmçinin bildirib ki, bazar ertəsi Ukraynanın Aİ-yə daxil olması üçün müraciət edib. "30 ildir ki, bunu gözləyirik və mən Aİ ərizəsini imzalamışam. Ərizə artıq Brüsselə çatdırılıb və imzalanmasını gözləyirik. Vaxt gəlib çatıb!" - Ukrayna prezidenti deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »