Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Putin, Lavrov və Şoyquya qarşı şəxsi sanksiyalar tətbiq edib
Yaponiya Putin, Lavrov və Şoyquya qarşı şəxsi sanksiyalar tətbiq edib

Yaponiya Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

Bizimyol.info xəbər verir ki, məhdudiyyətlərə məruz qalanların siyahısı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Onlardan əlavə, bu ölkə Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya Federasiyası Baş Qərargahının rəhbəri Valeri Gerasimova qarşı şəxsi sanksiyalar tətbiq edib.

Yaponiya da Rusiya Mərkəzi Bankı, Promsvyazbank və VEB.RF-yə qarşı məhdudiyyətlər tətbiq edir. Sanksiya siyahısına həmçinin 49 şirkət, dövlət qurumları o cümlədən Suxoi, Moskva Fizika və Texnologiya İnstitutu, Müdafiə Nazirliyi və FSB daxildir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »