Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahçeşehir Universitetindən müharibədən zərər çəkən tələbələrə dəstək
Bahçeşehir Universitetindən müharibədən zərər çəkən tələbələrə dəstək

Ukraynadakı müharibədə zərərçəkən universitet tələbələrinə Bahçeşehir Universiteti (BAU) tərəfindən kvota uyğunluğuna görə, ödənişsiz təhsil imkanı yaradılacaq. Qonaq tələbə statusunda universitet təhsili almaq və ya təhsilinə davam etmək istəəyn tələbələr bahar dönəmində ödənişsiz olaraq oxuya biləcəklər. Müraciət etmək üçün keçidə daxil olun: https://aday.bau.edu.tr/misafir

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukranyaya qarşı başlatdığı müharibə davam edərkən Ukraynada universitet həyatında davam edən Türk tələbələr başda olmaqla minlərlə tələbə müharibədən zərər çəkdi. Bahçeşehir Universiteti tərəfindən isə Ukraynada təhsilini davam edən Türk tələbələrə və Avropa Birliyi pasportu olan Ukraynalı tələbələrə ödənişsiz univerisitet təhsili veriləcəyi açıqlandı.

Müharibə dövründə tələbələrin problemlərini aradan qaldırmaq və təhsillərinə ara verməmələri məqsədiylə dəstək olmaq üçün universitet tərəfindən təmin edilən bu imkan bahar dönəmi boyunca davam edəcək. Universitet tərəfindən qonaq statusunda xüsusi tələbə hesab ediləcək tələbələrə 1 dönəm ödənişsiz təhsil veriləcək. Veriləcək təhsilin bəzi detalları belədir: qonaq tələbələrin qəbulu və alacağı dərslər, uyğun akademik bölüm, proqramın təklifi və əlaqəli dekanlıq/müdürlüyün təsdiqi ilə həyata keçiriləcək. Eyni zamanda xüsusi statusda təhsil alacaq tələbələrə, aldıqları dərslər və müvəffəqiyyət qiymətləri əks olunmuş bir sənəd veriləcəyi də qeyd edildi. Qeyd edilib ki, müraciətlər müvafiq kafedra/proqram rəhbəri tərəfindən qiymətləndiriləcək və müraciət edilən akademik vahidin inzibati şurası tərəfindən qərar qəbul ediləcək.

Magistratura proqramlarına xüsusi tələbə kimi qəbul ediləcək tələbələr üçün instituta qəbulun və keçəcəkləri kursların müvafiq institut şöbəsinin/incəsənət şöbəsi rektorluğunun/koordinatorunun təklifi və qərarı ilə müəyyən ediləcəyi bildirilib. Bundan əlavə, xüsusi tələbələrə keçdikləri kurslar və əldə etdikləri nailiyyətlər barədə sənəd veriləcək. Bildirilib ki, lazımi şərtləri yerinə yetirərək magistraturaya qəbul olan tələbələr müvafiq institut şöbəsi,şöbə koordinatorunun təklifi və institut idarə heyətinin qərarı ilə ən çox dörd dərsi daxil olduqları proqrama köçürə bilərlər.

Bahçeşehir Universiteti tərəfindən dərc edilən xüsusi tələbə müraciəti məlumatlarını www.aday.bau.edu.tr/misafir

ünvanından və [email protected] mail ünvanından əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »