Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kreml Ukrayna ilə danışıqlara getməli və təzminat ödəməlidir"
"Kreml Ukrayna ilə danışıqlara getməli və təzminat ödəməlidir"

Avropa İttifaqı ölkələri və Kanada, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibənin başlamasından sonra öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başlayıb. Rusiya aviareysləri kütləvi şəkildə ləğv edilir. Hazırda Böyük Britaniya, Kanada, Polşa, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Sloveniya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avstriya, Portuqaliya, İsveç və Niderland, Albaniya, İspaniya və Şimali Makedoniya hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb.

  • Bir sıra dünya ölkələrinin Rusiya ilə hava məkanını bağlaması Rusiyada hansı problemlərə yol aça bilər?

Politoloq Turan Rzayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, ümumiyyətlə Rusiyanın Ukraynaya müharibə elan etməsi, onun ərazilərinə təcavüz etməsi heç bir halda Rusiya üçün müsbət nəticə əldə etməyə şərait yaratmır: “Rusiya üçün bunun iqtisadi fəsadlarının olacağı və ağır iqtisadi sanksiyalar paketinin qüvvəyə minəcəyi gözlənilirdi”.

Turan Rzayev Turan Rzayev

Politoloqun sözlərinə görə, hazırda Rusiyaya tətbiq edilən sanksiya və məhdudiyyətlər vaxtilə heç SSRİ-yə də tətbiq edilmirdi. Yəni Rusiya belə bir yalnış siyasət yeritdi.

Hava məkanının bağlanılmasının iqtisadi baxımdan Rusiya üçün mənfi təsirləri olacağını qeyd edən politoloq vurğulayıb ki, istər Rusiyanın digər ölkələrlə iqtisadi maraqları, istərsə də, Rusiyaya xaricdən gələn resurs baxımından kifayət qədər zərərləri olacaq. Bu, ilk növbədə Rusiyamın aviasiya sisteminə mənfi təsir edəcək.

“Bilirsiniz ki, ölkələrin iqtisadi gücləri onların aviasiyası ilə də ölçülür. Bu gün Rusiya ilə hava məkanını bağlayan bir çox ölkələr var. Bu ölkələrin hava məkanını bağlamasına görə, Rusiya təyyarələrini fərqli yollara çevirəcək ki, bu da həm məsafənin uzadılmasına, həm də qiymətlərin artırılmasına gətirib çıxaracaq. Daxili şirkətlər də daxili bazara görə qiymət artımını həyata keçirəcək. Çünki daşınma xərcləri artdıqca, bu da qiymətlərə də təsir edəcək”.

T.Rzayevin sözlərinə görə, Rusiyanın digər ölkələrə satdığı məhsulların da qiyməti arta bilər. Çünki daxili bazarın tələbatı ödənilməlidir. Bu isə tədricən həmin ölkələrlə Rusiyanın iqtisadi əlaqələrinin kəsilməsinə və alternativ ölkələrə müraciət etməsinə gətirib çıxaracaq. Yəni mövcud qadağalar Rusiyanın həm daxili, həm də xarici iqtisadiyyatına kifayət qədər zərər verəcək.

Bu zərərlər turizm sahəsində də özünü göstərəcək. Çünki artıq Avropadan turist axını dayanacaq. Gəlmək istəyən turistlər isə qiymətlətin baha olmasına görə, bundan imtina etməyə məcbur olacaqlar.

İndiki halda rəsmi Kreml müharibəni çox uzatmamalıdır. Ukrayna tərəfilə danışıqlara getməli və Ukrayna tərəfinə təzminat ödəməlidir. Əks təqdirdə Avropanın sanksiyaları uzun müddət davam edəcək, bu da Rusiya daxilində sosial-iqtisadi narazılıqlara gətirib çıxaracaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »