Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FİFA oyunlarda Rusiya bayrağını və himnini qadağan edib
FİFA oyunlarda Rusiya bayrağını və himnini qadağan edib

FİFA Rusiyaya bitərəf yerlərdə bayrağı və himni olmadan matçların keçirilməsini mükünlüyünü bildirib. Ukraynadakı vəziyyətin yaxşılaşmadığı təqdirdə ölkənin yarışlardan kənarlaşdırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, FİFA-nın "təcili ilk tədbirlər" adlandırdığı bazar günü elan edilən bu qadağalar Avropa dövlətləri tərəfindən qeyri-kafi olduğu üçün sürətlə tənqid edilib.

“Rusiyanın Ukraynaya təcavüzü zamanı güc tətbiq etməsini” pisləyən FİFA Rusiyada heç bir beynəlxalq futbol matçının keçirilməyəcəyini, ölkənin bayrağı və himninin istifadəsinə xaricdə keçiriləcək oyunlarda qadağa qoyulacağını bildirib.

Qlobal idarəetmə orqanı milli komandanın Rusiya kimi deyil, Rusiya Futbol İttifaqı (RFU) kimi yarışacağını və istənilən “ev” oyunlarının azarkeşsiz “neytral ərazidə” keçiriləcəyini bildirib.

Lakin Polşa Futbol Assosiasiyasının rəhbəri Sezari Kulesza FİFA-nın mövqeyini tənqid edib. O, Rusiyanı dünya çempionatından kənarlaşdırmağa çağırıb.

“FİFA-nın bugünkü qərarı tamamilə qəbuledilməzdir. Biz bu çıxış oyununda iştirak etməkdən imtina edirik. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Polşa millisi komandanın adı nə olursa olsun, Rusiya ilə oynamayacaq”, - o, "Twitter"də yazıb.

"Əgər FİFA-nın İnsan Hüquqları Siyasəti kağız üzərindəki sözlərdən daha çox olsa, Rusiya Futbol Assosiasiyasını 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni ləğv edər. İndi onu tətbiq etməyin vaxtıdır", - deyə Kulesza qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »