Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək
Avropa Parlamenti Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyəcək

Avropa Parlamenti Avropa Komissiyası və Avropa İttıfaqının beynəlxalq tərəfdaşları tərəfindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə Avropa Parlamentinin spikeri Roberta Metsola bildirib.

Metsola qeyd edib ki, Avropa Parlamenti martın 1-də keçiriləcək fövqəladə iclasında Ukraynanı dəstəkləyən qətnamə qəbul edəcək.

"Qanunvericilər olaraq bu tədbirlərin sürətlə həyata keçirilməsinə kömək edəcəyik", - Metsola vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ, Böyük Britaniya və digər tərəfdaşlarla birlikdə bir sıra Rusiya banklarının SWIFT beynəlxalq banklararası sistemindən çıxarılmasına yönəlmiş tədbirlər hazırlayıb. Bununla Rusiya Mərkəzi Bankının fəaliyyətini məhdudlaşdırmaq, həmçinin biznes nümayəndələrini beynəlxalq maliyyə aktivlərindən istifadə imkanından məhrum etmək nəzərdə tutulur.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »