Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KiV: "Aİ hava məkanını Rusiya üçün bağlamağa hazırlaşır"
KiV: "Aİ hava məkanını Rusiya üçün bağlamağa hazırlaşır"

Avropa İttifaqının bütün hava məkanına Rusiya təyyarələrinin girişinə qadağa qoyula bilər.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Aİ rəsmisinə istinadən məlumat yayıb.

Aİ xarici işlər nazirləri bu məsələni bu gün keçiriləcək iclasda müzakirəyə çıxaracaq.

Qeyd edilib ki, Aİ-yə üzv ölkələrin çoxu artıq hava məkanını Rusiya təyyarələri üçün bağlayıb, yaxud tezliklə belə qərar qəbul etməyə hazırlaşır.

Xatırladaq ki, Almaniya, Belçika, Danimarka, Avstriya, İrlandiya, İslandiya və digər Avropa ölkələri hava məkanlarına Rusiya təyyarələrinin girişini qadağan edib.

Son xəbərlər
Bütün xəbərlər »