Ukrayna Müdafiə Nazirliyi bu gün səhər saatlarına qədər olan vəziyyətlə bağlı operativ açıqlama yayıb. Açıqlamaya görə, ən azı 3000-dən çox şəxsi heyət və 200-dən çox əsir götürmüşük (əlavə rəqəmlər dəqiqləşdirilir).
Məhv edilmiş digər hərbi texnika:
təyyarə - 16 ədəd;
helikopter - 18 ədəd;
tank - 102;
540 ədəddən çox müxtəlif növ zirehli texnikalar;
SAM BUK - 1;
20-dən çox hərbi maşın.
MN bildirib ki, Rusiya işğalçıları hücumun sürətini azaldıblar, lakin hələ də Ukraynaya qarşı hücum əməliyyatında müəyyən sahələrdə uğur əldə etməyə çalışırlar: “Buna baxmayaraq, Rusiya işğalçıları ilə bağlı vəziyyət belədir:
Rusiya təcavüzkarlarının zirehli maşınlarının kolonları Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləmə sürəti azaldılıb.
Yanacaq və sursatın vaxtında çatdırılmasından məhrum olan düşmən qoşunları dayanmalı olub.
Böyük əksəriyyətini gənc çağırışçılar təşkil edən işğalçı qoşunların şəxsi heyəti əvvəlki hərbi təlimlərdən tükənmiş, mənəvi-psixoloji durumu aşağıdır.
Əlimizdə olan məlumatlara görə, fərarilik, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının Ukraynaya qarşı döyüşlərdə iştirak etməkdən və əmrlərə tabe olmaqdan imtina etmələri faktları var.
Düşmənin əsas məqsədi - Kiyevi blokadaya almaq planı hələ də yarımçıq qalır. Buna görə də kiçik şəhərləri, kəndləri və magistralları ələ keçirməyə başlayıblar.
Yerli əhalini qorxutmaq üçün əsasən Qafqaz əsilli, rus dilini zəif bilən şəxslərdən ibarət hərbi bölmələrdən istifadə olunur, onlar ünvanlı şəkildə hədə-qorxu və çaxnaşma mesajlarından istifadə edirlər.
Gün ərzində Ukrayna Silahlı Qüvvələri Kiyevin müdafiəsi üçün şimal və şimal-şərq istiqamətlərində qruplar yaradıb. Hərbi Hava Qüvvələrinin aviasiyası Kiyev səmasında hücum və nəqliyyat təyyarələrini sıradan çıxarıb.
Hərbi Dəniz Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində amfibiya enişinin qarşısını alıb”.
Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, bütün ölkə üzrə səfərbərlik üzrə planlaşdırılmış tədbirlərin, o cümlədən ərazi müdafiəsi və ehtiyat korpusun formalaşdırılmasının həyata keçirilməsi davam edir.

Xatırladaq ki, müharibədən əvvəl Rusiyanın yüksək rütbəli ordu zabitləri Kiyevi 2 saata ələ keçirəcəklərini bildirirdilər. Bu gün müdafiə naziri Aleksey Reznikov da bunu xatırladıb: “Kiyevi 2 saata alacağına söz verənlər hardadır? Onlar hardadırlar? Mən onları görmürəm. Sadəcə, özlərinə bəraət axtardıqlarını eşidirəm”.
Bizimyol.info