Polşa Futbol Federasiyasının prezidenti Çezarii Kulesza bildirib ki, onların milli komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsində Rusiyaya qarşı oynamayacaq. "Quru sözlər kifayətdir, hərəkətə keçməyin vaxtıdır. Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü səbəbindən Polşa milli komandası Rusiya ilə pley-off matçı keçirmək niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Danışıqlar aparırıq. FİFA-ya ümumi mövqeyimizi çatdıracağıq”,- Kuleşa bildirib.
Kiyevin meri Vitali Kliçko şayiələrə aydınlıq gətirib: “Fevralın 26-na keçən gecə çətin oldu. İşğalçılar Qostomel və Jitomir istiqamətindən şəhərə soxulmağa cəhd göstərsələr də, Ukrayna ordusu imkan vermədi. Təcavüzkarlar zərərsizləşdirilir. Paytaxtda Rsuiay əsgərləri yoxdur”.
Ukrayna prezidenti Volodimir Zelenski Avropaya çağırış edib: "İndi mən bunu açıq deyirəm: Ukrayna xalqı artıq Avropa İttifaqına üzvlük haqqını qazanıb. Bu, ölkəmiz dəstəyin əsas sübutu olacaq. Həlledici məqam yetişib. Ukraynanın Avropa İttifaqına üzvlüyünə qərar verin”.
Poltava şəhərinin meri Aleksandr Mamay şəhər sakinlərini partlayış səsləri eşidəcəkləri təqdirdə panikaya düşməməyə çağırıb. Onun sözlərinə görə, hazırda müdafiə xətti işləyir və bu gün Rusiyanın 4 pilotsuz təyyarəsi vurulub: "Hörmətli poltavalılar! Sakit olun! Partlayışları eşidərkən sakit olun. Bu bizim müdafiə xəttəimizdir, düşmənin 4 pilotsuz uçan aparatını vurmuşuq. Anlayış üçün təşəkkür edirik! Möhkəm dayanın! Xəbərləri izləyin".
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna ordusu və xalqı işğalçı Rusiyanın Donetskdə olduğu kimi Ukraynada da oyuncaq hakimiyyət qurmaq planlarını dağıdıb: "Bu müraciətə şad xəbərlə başlaya bilərəm: sağ-salamatıq! Biz düşmən hücumlarını uğurla dəf edirik. Dövlətimizin bir çox şəhər və rayonlarında döyüşlər davam edir, lakin biz bilirik ki, vətəni, torpağı, uşaqların gələcəyini qoruyuruq. Kiyev və paytaxt ətrafındakı mühüm nöqtələrə məhz bizim ordumuza nəzarət edir. İşğalçılar Donetskdəki kimi dövlətimizin mərkəzini mühasirəyə alıb öz kuklalarını burada da yerləşdirmək istəyirdilər. Biz onların planını pozduq. Onların bizə üstün gələ bilmədilər”.
Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib ki, hər bir ukraynalı hərbçilərimizə kömək edə bilər. Düşmən maşınlarının yollarınızla hərəkət edəcəyini bilirsinizsə, bütün mövcud üsullarla düşmənin qarşısını alın: "Ağacları kəsib barrikadalar düzəldin, təkər yandırın! Əlinizdə olan hər şeydən istifadə edin! İşğalçı başa düşməlidir ki, burada onları xoş qarşılama gözləmir və hər küçədə, hər yolda müqavimət görəcəklər! Qoy şəhərlərimizə tərəf baxmağa belə qorxsunlar! Birlikdə qələbəyə doğru! İşğalçı məhv ediləcək!”.
Fevralın 26-da Ukrayna Silahlı Qüvvələri daha iki diversantı saxlayıb. Rusiyadan gəlmiş təxribatçılardan biri isə Xarkovda özünü asıb.
Ukrayna hərbçiləri əsirlərin birindən niyə gəldiyini soruşublar. O, “ərazini işğal etmək üçün” deyə cavab verib.
Bizimyol.info