Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın təcavüzü nəticəsində 198 ukraynalı həlak olub
Rusiyanın təcavüzü nəticəsində 198 ukraynalı həlak olub

Rusiya Federasiyasının hərbi təcavüzü nəticəsində 3-ü uşaq olmaqla 198 ukraynalı həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko "Facebook"da məlumat verib.

"Təəssüf ki, əməliyyat məlumatlarına görə, işğalçılar 198 nəfər dinc Ukrayna sakinini ölürüb. Onlardan üçü uşaqdır. 1115-i nəfər yaralanıb ki, onlardan da 33-ü uşaqdır", - deyə Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri yazıb. Həbçilərimiz vətənimizi əllərindəki silahla müdafiə edir, həkimlərin silahları isə fədakar əməyidir.Üç gündür ki, heç kim evinə getmir, belə tezliklə evlərimizə dönəcəyimiz də gözlənilmir”, - deyə nazir bildirib.

Fevralın 26-da səhər saatlarında Kiyevin Lobanovski prospektində çoxmərtəbəli yaşayış binasına mərmi düşüb. Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, mərmi 17-18-ci mərtəbələrə düşüb. Evin sakinləri təxliyə edilir. Tələfat olmasa da, dağıntı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »