Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı paylaşım edib
Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında etdiyi paylaşımda Xalq artisti Əlibaba Məmmədovun vəfat etməsilə bağlı başsağlığı verib.

Bizimyol.info  xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Son xəbərlər
Bütün xəbərlər »