Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron deyir ki, müharibə uzun sürəcək
Makron deyir ki, müharibə uzun sürəcək

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişədən danışarkən “müharibənin uzun müddət davam edəcəyini” deyib və Avropa üçün uzunmüddətli nəticələrə hazırlaşmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o, Parisin qərbində "Porte de Versailles" mərkəzində açılan kənd təsərrüfatı sərgisini ziyarət edərkən açıqlamalar verib.

"Bu böhran uzun sürəcək. Bu müharibə uzun sürəcək. Və bununla bağlı bütün böhranlar da davam edəcək. Ona görə də biz hazırlaşmalıyıq", - deyə o, kənd təsərrüfatı sənayesi nümayəndələrinə dövlətdən dəstək vəd edib.

"Müharibə Avropaya qayıdıb. Bu müharibə Rusiya prezidenti Vladimir Putinin birtərəfli seçiminin nəticəsində baş verib. Biz sülhü bərqərar edib onu qorumağa çalışmalıyıq, həmçinin lazımi tədbirləri görməliyik, sanksiyalar tətbiq etməli və bu mübarizəni davam etdirməliyik", - o deyib.

Makron Ukrayna ilə həmrəyliyini ifadə edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »