Bu gün Bakı Avrasiya Universitetidə “Xocalı əsrin faciəsidir” adlı anım tədbir keçirilib. Anım tədbirində universitet rəhbərliyi ilə yanaşı Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,eyni zamanda Xocalı sakinləri Elzamin və Ceyhun Abdilov qardaşları da iştirak ediblər.
Tədbirində çıxış edən universitetin elmi işlər üzrə prorektoru,professor Gulzar İbrahimova, Xocalı faciəsindən 30 il keçnməsinə baxmayaraq, bu qanlı faciənin ağrı və acılarının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bir daha qeyd edib.
Daha sonra xocalı sakinləri Elzamin və Ceyhun Abdilov qardaşları tələbələr qarşısında o müdhiş tarixin dəhşətli anlarından danışıblar.7 il əsirlik həyatı yaşayan Ceyhun Abdilov əsirlik həyatında erməni vəhşiliklərindən danışdı.
Tədbir sonundada Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bizimyol.info