Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hələ aşkarlanmayan ərazilər də var" - Füzulidə aşkarlanan kütləvi məzarlıqlar
"Hələ aşkarlanmayan ərazilər də var" - Füzulidə aşkarlanan kütləvi məzarlıqlar

Bir neçə gün öncə Füzuli şəhərində kütləvi məzarlıq aşkarlanıb. Məzarlıq 300 metrlik ərazini əhatə edir. Məzarlıqda nə qədər insanın dəfn edildiyi məlum olmadığı kimi, onların birinci Qrabağ Müharibəsinə aid olub-olmadığı da hələ ki, məlum deyil. Bir müddət əvvəl isə Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı. Şahid ifadələrinə görə, həmin məzarlıqda 15-20 nəfərin cəsədləri dəfn edilib. Görünən odur ki, 30 illik işğal müharibə dövründə bizim itkin kimi qeydə aldığımız vətəndaşlarımız ermənilər tərəfindən vəhşicəsinə öldürülərək, kütləvi şəkildə dəfn ediliblər.

  • Ermənilər bu məzarlıqların yerini açıqlayacaqmı?
  • Hər zaman məsuliyyətlərindən qaçmağa vərdiş edən düşmən, yenə də bu məsuliyyətdən boyun qaçıracaqmı?

Politoloq Turan Rzayev Bizimyol.info saytına açıqlamasında bildirib ki, ərazilərin çox hissəsi minalı olduğu üçün araşdırmalar aparmaq mümkün deyil: “Bir müddət əvvəl Füzuli rayonun Seyidəhmədli kəndində “Kolxoz İdarəsi” ərazisində də kütləvi məzarlığın olduğu deyilir. Amma hələ ki, bunu araşdırmaq mümkün deyil”.

Turan Rzayev Turan Rzayev

Politoloq qeyd edib ki, rəsmi məlumatlara görə, bu günə qədər 3 min 890 nəfər itkin düşmüş kimi qeydiyyatdadır. Onun sözlərinə görə, 30 illik dövrdə Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Mülki əhali girov götürülərək vəhşicəsinə öldürülüb, onların meyitləri kütləvi şəkildə dəfn edilib. Aşkar edilən meyitlərdən görünür ki, onlar xüsusi amansızlıqla öldürülüb.

T.Rzayev bildirib ki, ermənilər tərəfindən Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamları da törədilib. Aşkarlanan kütləvi məzarlıqlar həmin qətliamların əyani sübutudur.

“Ermənilərin bir yox, bir neçə dəfə azərbaycanlılara qarşı soyqırım etdiyini görürük. Qubada, Şamaxıda və Bakıda da soyqırımlar törədilib. Ermənilər üçün spesifik xüsusiyyətlərdən biri odur ki, beynəlxalq hüquq və humanitar qaydalara qəti şəkildə əməl etmirlər. Bunun da ən bariz nümunəsi, ermənilərin soyqırım aktlarından sonra geridə iz kimi qoyduğu toplu məzarlıqlar və insanlar üzərində işgəncə metodlarıdır. Adətən aşkar olunan kütləvi məzarlar erməni vandalizmini sübut edir. İşgəncə metodlarından ən çox küt alətlərlə baş yarılması, təcavüz halları, qoca-yaşlı-uşaq demədən insanlarla xüsusi amansızlıqla rəftar etmə hallarıdır” - deyən politoloq bildirib ki, Qubada aşkar olunan məzarlıqda da bunu görmək mümkündür.

“Quba məzarlığına baxanda hiss olunur ki, ermənilər insanlara gülə atmağa belə qıymayıblar. Onları küt alətlərlə öldürüblər. Yandırılan insan cəsədləri var idi. Dəfələrlə həlak olmuş insanların cəsədləri tələb edilsə də, Ermənistan bundan imtina edib. Ermənilər bu addımı edilən vəhşiliyin faktlarla sübut edilməməsi üçün atır”,- deyən Rzayev vurğulayıb ki, vandalizm ermənilərin genofondunda var. Yəni onlar imkan tapan kimi bu vəhşiliyi istənilən xalqa edə bilərlər.

Politoloqun sözlərinə görə, XIX əsrdə ermənilər türklərə, kürdlərə qarşı soyqırımlar ediblər. Bu soyqırımlar faktlarla sübut edilib. Bu gün ermənilər dünyaya “erməni soyqırımından” danışır, soyqırım edən onların özüdür.

“Hələ aşkarlanmayan ərazilər də var. İşğaldan azad edilən, ancaq minalardan təmizlənməyən ərazilərdə yeni kütləvi məzarlıqların aşkaralanmayacağı istisna deyil. Çünki aşkarlanan məzarlıqlarda 15-20 cəsəd var. Bu məzarlıqların 50,60,100 olacağı gözlənilir. Xüsusilə, Şuşa və Xocalıda buna rast gələcəyik. Xocalı soyqırımının özü, erməni vandalizmini sübut edir. Azərbaycan dəfələrlə erməni vandalizmini sübut edib. Əvvəl bunu Qubadakı məzarlıqla və ya digər tapılan məzarlıqlarla göstərirdiksə, indi Xocavənddəki toplu məzarlıq da bunu bir daha sübut etdi” - deyə T.Rzayev bildirib.

Politoloqun sözlərinə görə, ölkə başçısı Rusiyada media nümayəndələrinə müsahibəsində bu məsələyə toxunub. Eyni zamanda bir müddət əvvəl Avropa İttifaqı Azərbaycan Ermənistan rəhbərlərinin görüşündə də bu məsələyə toxunuldu. Avropa Birliyi tərəfindən hadisələrin növbəti mərhələsində gündəliyə salınacağı qeyd edildi. Ermənistan tərəfi beynəlxalq təzyiqlərə məruz qalaraq, kütləvi məzarlıqların yerlərini və hələ də əllərində saxladıqları əsirlərin qalıntılarını verməyə məcbur olacaq.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »