Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu məzarlıq sübut edir ki, ermənilər azərbaycanlıları kütləvi şəkildə öldürüb"
"Bu məzarlıq sübut edir ki, ermənilər azərbaycanlıları kütləvi şəkildə öldürüb"

30 illlik müharibə, torpaqlarının 20 faiz işğalı və 2 milyon köçkün. Etiraf edək ki, ağır bir dövr yaşadıq. İnsanlarımız qətl edildi, itkin düşdü. Yurd-yuvaları yağmalandı. İşgəncə ilə, amansızcasına öldürülərək, kütləvi məzarlıqlarda dəfn edildilər. Xocalı faciəsindən sonra şahidlərin danışdıqlarını xatırlayırsınızmı? Kürəyində “atvyorka” izləri olan qadını və ya ayaqlarını buz vurmuş qadını? Bütün yaxınlarını itirən Mehdini? Bu gün torpaqlarımızı geri almışıq. Ancaq yaralarımızın qanı hələ qurumayıb. Çünki 4000-dən çox vətəndaşımızdan hələ də xəbər yoxdur.

“44 günlük müharibə və ondan sonrakı dövrdə Azərbaycan humanitar hüququn bütün norma və prinsiplərinə ciddi şəkildə əməl edib. Bu prinsiplər Ermənistan tərəfindən müharibədən əvvəl də, sonra da pozulub”.

Bu barədə Bizimyol.info saytına danışan tarixçi Vasif Qafarov bildirib ki, müharibədən sonra 1700-dən çox erməni hərbçisinin cəsədi Ermənistana təhvil verilib. Əsir düşən bütün ermənilər də Ermənistana qaytarılıb. Bu gün qalan şəxslər isə müharibə zamanı cinayətlər törətmiş şəxslərdir ki, onların cinayətləri məhkəmə qaydasında sübuta yetirilib. Onlar cəzalarını çəkdikdən sonra Ermənistana təhvil veriləcəklər.

Vasif Qafarov Vasif Qafarov

Ermənistan Birinci Qarabağ müharibəsi zamanı və İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycana qarşı adekvat davranmamışdı. Belə ki, təkcə Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox Azərbaycan vətəndaşının taleyi naməlum olaraq qalır.

“Bu gün Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlıq sübut edir ki, ermənilər azərbaycanlıları kütləvi şəkildə öldürüb və kütləvi şəkildə də dəfn ediblər” - deyən tarixçi bildirib ki, belə məzarlıqların sayı onlarladır. Bu məzarlıqlar araşdırılmalı və Ermənistan hökümətindən tələb edilməlidir ki, 4 min Azərbaycan vətəndaşının taleyi ilə bağlı məlumatları Azərbaycana təqdim etsin.

V.Qafarov qeyd edir ki, ermənilər bu məzarlıqların yerini yaxşı bilir. Çünki qətliamları onlar həyata keçiriblər. Kütləvi məzarlıqlar aşkar edildikcə, Ermənistanın Azərbaycana qarşı, mülki əhaliyə qarşı həyata keçirdikləri müharibə cinayətlərinin üstü açılacaq. Bütün dünya ictimaiyyəti bundan xəbərdar olacaq. Məhz bu səbəbdən də, onlar bu məzarlıqların yerini deməkdən müxtəlif vasitələrlə yayınırlar.

“Azərbaycan tərəfinin tələb etdiyi kimi, gərək bütün dünya birliyi də Ermənistandan erməni əsirlyində olan 4 min Azərbaycan vətəndaşının taleyi ilə bağlı məlumatları , eyni zamanda kütləvi məzarlıqların yerini Azərbaycan tərəfinə təqdim etsin” - deyə tarixçi qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »