Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından uğurlu əməliyyat
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından uğurlu əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların və “smart” saatların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

İdarənin Əməliyyat və təhqiqat idarəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə məlumat daxil olub.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarından uğurlu əməliyyat

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus əşyalar rentgen aparatından keçərkən, üç ədəd çantada mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müşahidə edilib. Yoxlama otağına dəvət olunan vətəndaşlara məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 121 ədəd “iPhone 13 Pro” və 1 ədəd “Samsung S 21 markalı mobil telefonlar, 6 ədəd “Airpods Pro” markalı qulaqlıq, 165 ədəd “İ-Watch” markalı saat və 3 ədəd qidalandırıcı başlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »