Bir neçə gün öncə Bakıda 12 yaşlı qız iki nəfər tərəfindən cinsi təcavüzə məruz qalması bağlı məlumat vermişdik. Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində baş vermişdi. İki nəfərin təcavüzünə uğrayan 2010-cı il təvəllüdlü qıızn anası hüquq mühafizə orqanlarına şikayət etmişdi. Məlumata görə, təcavüzkarlar hadisəni törədən zaman telefonla videoya çəkərək, həmin görüntüləri yaymışdılar. Baş Prokurorluğun məlumatına görə, şikayətlə bağlı cinayət işi başlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bizimyol.info saytına bildirilib ki, komitənin əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailə ziyarət edilib. Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun verdiyi məlumata görə, ziyarət zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiya cəlb olunması istiqamətində işlər davam etdirilir.
İlahin, Bizimyol.info