Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı soyqırımını dünyaya necə çatdırmalı: "Özümüz deyib, özümüz eşidirik"
Xocalı soyqırımını dünyaya necə çatdırmalı: "Özümüz deyib, özümüz eşidirik"

Xocalı faciəsindən 30 il keçməsinə baxmayaraq hələ də dünya ölkələri Xocalı soyqırımını qəbul etmir. Xocalı Soyqırımını dünyaya daha necə çatdıra bilərik? Əsas sual bu gün budur.

“Xocalını dünyaya çatdırmaq üçün Xocalıda açıq hava muzeyi yaratmaq lazımdır. Azərbaycan, Xocalıya nəzarəti əlinə almadan bu faciəni daim gündəmdə saxlamaq çətin olar. Orada açıq havada soyqırım muzeyi yaradılsa bu dünyada bir ilk olar. Və Azərbaycana turizm məqsədilə gələn insanları da həmin bölgəyə gətirib, insanlara göstərməlidirlər. Heç bir şey yerində görüldüyü qədər insana təsir edə bilməz.

Biz unudan cəmiyyətik. Tarix boyu bizə qarşı soyqırımlar edilib. Amma biz onu sinəmizə basıb söndürmüşük. Danışmamışıq. Elin yalanı bizim həqiqətlərimizi gizlədib. Biz unudan cəmiyyət olaraq belə bir addım atsaq, özümüz də bunu unuda bilməyəcəyik. Yəni bu, bir tarixdir. Gələcək nəsillərə də qoyub gedəcəyimiz, elə bu tarix olacaq”.

Hikmət Elp Hikmət Elp

Bu barədə Bizimyol.info saytına İstanbul Azərbaycan Mədəniyyət evinin rəhbəri Hikmət Elp danışıb. O hesab edir ki, keçirilən tədbirlər geniş miqyaslı olmalıdır. Çünki hazırda keçirilən tədbirlər gənclərin, yaxın ətrafın unutmaması üçündür: “Sabah tədbir keçirəcəyik. Ancaq düzünü deyim ki, “özümüz deyib özümüz eşidirik”. Bu məsələni nə qədər məlumatsız insana çatdıra bilməyimizdir, əsas olan. Bunu bilməyənlərə nə qədər çatdıra bilirik?

Hər il biz bu proqramları hazırlayırıq, özümüzə görə edirik. Ətrafımızdakı insanlar və uşaqlar bunu unutmasın deyə hazırlayırıq. Ancaq önəmli olan yada çatdırmaqdır. Buna diqqətli yanaşmaq lazımdır”.

Hikmət Elp qeyd edir ki, onminlərlə itkinlərimiz var. Həmin şəxslərin Azərbaycanda rəsmi olaraq ermənilər tərəfindən öldürüldüyü deyilirmi? Xeyr. Onlar itkin kimi qeydiyyatdadır.

“Xocalı soyqırımı zamanı 613 nəfərin öldürüldüyü deyilir. Xocalı əhalisinin sayı bu qədər idimi? 1250 nəfər də əsir götürülüb. Bu qədər idimi? Bəs hanı onlar? Bizdə rəsmi mənbələrdə rəqəmlərin az verilməsi özümüzü vurmaqdır. Məsələn deyilsin ki, Xocalının 7000 əhalisi var idi. Bu qədəri öldürülüb, bu qədəri əsir götürülüb, bu qədər köçkün düşüb və bu qədəri yoxdur. Deyilməsi lazım olan budur. Bizim öz siyasətimizdə də zəifliklər olur. Azərbaycana gəliblərsə, onların da sayı açıqlansın. Bəzən bizim siyasətimiz bizim özümüzə zərər gətirir. Deyilməlidir ki, itkinlərimiz nə qədərdir. Orada kütləvi məzarlıqlar var, aparıb güllələyib basdırıblar. Bunlar üzə çıxacaq, əlbəttə ki, çıxacaq. Xocalı bizim nəzarətimizə verildiyi zaman bütün bunlar aşkarlanacaq. Biz Xocalıya nəzarəti ələ almasaq, bilinməyənlərə cavab tapa bilməyəcəyik. Ermənilər bunu bizə deməyəcək” - deyə Elp bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti müvəqqəti yerləşdirilib. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »