Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zori Balayan rahat şəkildə Avropada hərəkət edir" - Xocalı soyqırımından 30 il keçir
"Zori Balayan rahat şəkildə Avropada hərəkət edir" - Xocalı soyqırımından 30 il keçir

2020-ci il 44 günlük müharibədə Azərbaycan 30 il işğal altında olan torpaqlarını qan bahasına işğaldan azad etdi. Ancaq hələ də sağalmayan yaralarımız var. Qarşıdan Xocalı soyqırımının 30 illik ildönümü gəlir. Dünyada bəzi ölkələr Xocalı soyqırımını tanıması ilə bağlı qərar qəbul etsələr də, yüzlərlə ölkə soyqırım qarşısında səssiz qalır. Qəbul etmir.

Bəs Xocalı soyqırımını dünyaya tanıtmaq üçün nə etməliyik?

Səfər Qaraqoyunlu Səfər Qaraqoyunlu

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu Bizimyol.info saytına açıqlamasında bildirib ki, 30 il boyunca Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalmasına səssiz qalan Dünya, Xocalı soyqırımı qarşısında da səssizliyini pozmayıb: “Xocalıda dinc əhalinin soyqırıma uğradığı, faktlarla sübut olunub. Bu isə o deməkdir ki, biz bu məsələni Avropa məhkəmələrinə verərək, dünya gündəmindən çıxarmamalıyıq. Azərbaycan hakimiyyətinin rəsmi olaraq bu məsələ ilə bağlı müraciətləri olmalıdır”.

S.Qaraqoyunlu qeyd edib ki, əslində savaşımız indi başlayır. Çünki bizim bir gecədə yox edilən insanlarımızla yanaşı, hələ də itkin olan insanlarımız var. Və hələ də bunun hesabı soruşulmayıb.

“Zori Balayan rahat şəkildə Avropada hərəkət edir. Xocalıda insanlara qarşı edilən vəhşilik bir soyqırımdır. Biz bunu hər zaman gündəmdə saxlamalıyıq və çalışmalıyıq ki, gündəmdən düşməsin” - deyə o bildirib.

Səfər Qaraqoyunlu deyir ki, ermənilərin həyata keçirdikləri vəhşiliklər üzə çıxdıqca onlar dünyaya rüsvay olurlar: “Bu gün kütləvi məzarlıqlar aşkarlanır. Həmin torpaqlar Ermənistan torpağı olmuş olsaydı, onlar zərər verməzdilər. Ancaq bu gün görürük ki, bizim bütün məzarlıqlar, tarixi abidələr məhv edilib. Birinci Qarabağ müharibəsində on minlərlə insan itkin düşüb.

Ermənistan həmin insanların yerini bilir. Azərbaycan bu məsələni dünya ictimaiyyətinə çatdıraraq, vətəndaşları haqqında məlumatı tələb etməlidir. Bu insanlar havaya uçmayıb. Nəticədə onlar Azərbaycan vətəndaşı idi. Hardadılar onlar? Azərbaycan, onların yerini öyrənməlidir. Və kütləvi məzarlıqlar dünya ictmaiyyəti qarşısında açılmalıdır” - deyə S.Qaraqoyunlu vurğulayıb. O qeyd edib ki, diaspor təşkilatları da bacardığı qədər Xocalı faciəsini dünyaya çatdırmağa çalışır.

“Bu, bizim milli davamızdır. Ermənilərin genində Türk düşmənliyi vardır. Biz humanist insanlarıq. Hamıyla səmimi münasibət göstəririk. Bu gün bir erməni bizimlə sülh imzalasa, razılaşırıq. Düşmən gözü ilə baxmamağa çalışırıq. Amma onlar belə deyil. Onların ruhunda vəhşilik, qatillik var. Hesab edirəm ki, bundan sonra daha da çox çalışmalıyıq” - S.Qaraqoyunlu bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »