Rusiyanın Ukraynaya hücumlarından sonra dinc sakinlər ölkəni və əhalinin çox olduğu əraziləri tərk etməyə başlayıblar. Bu səbəbdən də döyüşlər gedən şəhərlərin giriş və çıxışların uzun tıxaclar əmələ gəlib. Hətta insanlar saatlarla bu tıxaclarda gözləməli olublar.
Bizimyol.info xəbər verir ki, ölkənin qərbində, Polşa ilə sərhəddə yerləşən Lvov şəhərinin Gömrük İdarəsinin rəisi Daniil Menşikov isə ölkədə elan edilən hərbi vəziyyət qaydalarını əhaliyə xatırladaraq, 18-60 yaş arası kişilərin hərbi vəziyyətə görə ölkənizi tərk etməsinə icazə verilməyəcəyini bildirib.
“Xahiş edirəm panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra əli silah tutan bütün Ukrayna vətəndaşlarına silahların paylanacağını açıqlayıb.
Leyla, Bizimyol.info