"Xocalı hadisəsi bəşəri dəyərlərin alçaldılması, bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir".
Bizimyol.info xəbər verir ki, bunu Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Xocalıda mütəşəkkil hərbi qüvvələr işğal zamanı xalqımıza qarşı soyqırımı törədiblər: "Ermənistan Xocalıya, törətdiyi digər qətliamlara görə hüquqi müstəvidə cavab verməlidir. Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə mütləq üzr istəməlidir",- deyib.