Ağstafa rayonunda səs yazısı yayılan məktəb direktoru barədə cinayət işi başlanıb.
Bizimyol.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.