Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: Ukraynada Rusiya təyyarəsinin vurulması yalan məlumatdır
MN: Ukraynada Rusiya təyyarəsinin vurulması yalan məlumatdır

Rusiya Müdafiə Nazirliyi Ukraynada Rusiyanın hərbi təyyarəsinin vurulması ilə bağlı məlumatı təkzib edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.

“Xarici KİV-in Ukrayna ərazisi səmasında vurulduğu iddia edilən Rusiya təyyarəsi ilə bağlı məlumat həqiqətə uyğun deyil”, - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Ukrayna Hərbi Hücumundan Müdafiə Qüvvələri tərəfindən 5 rus döyüş təyyarəsini və 1 hərbi helikopterinin vurulması baradə məlumat yayılıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə maneələr yaradıldığını açıqlayıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin "kömək xahişinə" cavab olaraq Donbasın müdafiəsi üçün hərbi xüsusi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Ukrayna bütün ölkədə hərbi vəziyyət tətbiq edib.

Partlayış səsləri Kiyev, Xarkov, Odessa və ölkənin digər böyük şəhərlərində eşidilir. İlkin məlumatlara görə, onlar Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən eşidilir.

Qadir, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »