“O arvada baş qoşma, xətalı adamdır e...”
“Təhminə” filmində Dadaş, “Babək”-də Afşin, “İstintaq” filmində - General , “Qəribə adam”-da Arif, “Mən mahnı qoşuram” Xudayar və s .onlarla filmdə müxttəlif obrazları canlandıran, müxtəlif filmlərdə rolları səsləndirən Həsənağa Turabov...
Aktyor haqqında böyük sənətkar idi demək olar. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçiən H.Turabovun "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarından biri idi. Həsənağa, rejissor Tofiq Kazımovun çox sevdiyi aktyor olduğu üçün bütün repertuarlar da onun üzərində hazırlanırdı.
Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti Həsənağa Turabov dövrünün seçilən, fərqli üsluba malik aktyorlarından idi.
1938-ci ildə martın 24-də Bakıda doğulan Həsən, valideynlərinin etirazına baxmayaraq aktyorluq sahəsini seçir və ömrünün sonuna kimi də bu sahədə çalışıb. Sənəd dostu Əbdül Mahmudov müsahibələrinin birində deyir ki, dünyanın bir çox məhşur nəhəng kinoaktyorları var ki, teatrda işləyə bilmirlər və yaxud əksinə...
“Teatr mədəniyyətində barmaqla sayılan sənətkarlardandır ki, eyni səviyyədə həm kinoda fəaliyyət göstərirdi, həm də teatrda”...
Həsənağa Turabov, ilk sevgisi Solmaz adlı xanımla ailə həyatı qurur. Solmazın ailəsi Həsəni istəməsə də, heç kim bu sevgiyə mane ola bilmir. Onlar əvvəlcə nişanlanır, sonra isə nikah idarəsinə gedib evlənirlər. Bu nikahdan 3 övladları dünyaya gəlir. Daşqın, Yalçın və Sevinc... Onlar bu sevginin meyvəsi idi.
Aktyorun böyük oğlu Daşqın polis idi. 1997-ci ildə Daşqın cinayətkarın açdığı atəşdən dünyasını dəyişir. Oğlunun ölümünə qədər səhhətində heç bir problemi olmayan Həsənağa Turabov, sonradan ürək çatışmazlığı və şəkərdən əziyyət çəkir. O, oğlunu itirdiyini qəbul edə bilmirdi. Hətta vəsiyyət edib ki, oğlunun yanında dəfn edilməsini də istədiyini deyir.
Aktyorun qızı Sevinc müsahibələrinin birində deyir: “Fotolarını evin divarlarına vurmuşam. Darıxan zaman onlara baxıram, söhbətləşirəm. Ən çox isə onun səsi üçün darıxmışam. Radiodan, televiziyadan onun səsi gələndə əlimdəki bütün işləri atıb, diqqətlə dinləyirəm. Keçmişimiz canlanır gözümdə”.
Daşqın dünyasını dəyişdikdən sonra Sevinc xanım, dünyaya gələn övladına Daşqının adını verir. Həsənağa Turabov da bütün sevgisini nəvəsinə bağlayır.
Aktyor 2003-cü ilin bu günündə, fevralın 23-də dünyasını dəyişir. Onu Fəxri Xiyabanda dəfn etmək istəsələr də qardaşı onun vəsiyyətinə əməl edib, aktyoru oğlu Daşqının yanında dəfn edir.
Bu gün Azərbaycan kino və filmlərinin əksəriyyətində Turabov nəfəsi var. Allah rəhmət eləsin.
İlahin, Bizimyol.info