Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgisini qazanmaq istədiyiniz bürcə qarşı necə davranmalı...
Sevgisini qazanmaq istədiyiniz bürcə qarşı necə davranmalı...

Bəli, çox xoşunuza gələn bir adam görüş təklifinizi qəbul etdi. Bilirik ki, çox həyacanlısınız və hər şeyin mükəmməl olmasını və ikinci görüşün də olmasını arzulayırsınız. Qarşınızdakı insanın bürcünü bilərək, onu necə cəlb edəcəyinizi deyəcəyik.

Qoç - İlk dəfə görüşdüyün biri Qoç bürcündəndirsə, utancaq davranma. Ona qarşı dürüst ol. Qoçlar ehtiraslı və enerjili şəxsiyyətə sahibdirlər. Monoton və keçmişlə əlaqəli mövzulardan danışmaqdan yorulduqları üçün yeni mövzularda danış. Onu rəqabətçi duyğusunu tətmin edə biləcəyi və həyəcanverici bir yerə apara bilərsən. Bu, onun diqqətini çəkəcək və səni yaxından tanımaq istəyəcək.

Buğa - İlk dəfə görüşdüyünüz birisi Buğa bürcüdürsə, səbrli olmalısınız. Buğalar səbrli xarakterləri sevərlər. İlk görüşdə sərhədləri aşma, artıq davranışlar sərgiləmə. Görüşün sadə olmasına çalış. Onu yaxşı yeməklərin və şərabın olduğu bir restorana, çox gözəl bir parka apara bilərsən.

Əkizlər - Əkizlər hər şeylə maraqlanır. Öyrənə biləcəkləri nə varsa, öyrənməyə çalışırlar. İntellektual söhbətlər və ortaq tanıdığınız şəxslər haqqında dedi-qodular çox diqqətini çəkər. Onunla bir yerdə olduğunuz zaman diqqətini çəkən mövzularda danışın. Bir festival, piknik və ya uzun-uzadı danışa biləcəyiniz bir sahil kənarı ilk görüş üçün ən uyğun yer ola bilər.

Xərçəng - Xərçəng zodiakın ən həssas bürclərindəndir. Onun qədər həssas olmağa çalışın. Çox həssas olan Xərçənglər məsləhət verməyi də çox sevirlər. Buna görə də söhbəti tövsiyə istəyərək aça bilərsən. Xərçəng üçün ən yaxşı görüş ay işığı altında canlı musiqi, sahil kənarında gəzinti və ya evdə romantik yemək ola bilər.

Şir - Şir bürcü özünə vurğun insanlardır. Özünü hər zaman bəyəndiyi üçün təriflənməyi sevir. Zaraftcıldır. Buna görə də onunla ilk görüşdə əyləncəli mövzulardan danışmağa çalışın. Onu təmin edə bilmək üçün gözqamaşdırıcı bir restorana dəvət edə bilərsiniz.

Qız - İlk görüşlə bağlı yeri onunla məsləhətləşməniz yaxşı olar. Hər şeyi detallarına qədər düşünməyi sevirlər. Birlikdə qərar verdiyiniz bir restoranda yemək yemək və ya sevdiyi qrupun konsertinə dəvət onu xoşbəxt edə bilər.

Tərəzi - Tərəzilərin fərqli mədəniyyətlərə, sənətə və estetikaya xüsusi maraqları var. Sənə bir mövzuda bir şey öyrətməsinə icazə versən, nə qədər ağıllı olduğunu görə bilərsən. Qərarsız olduqları üçün ilk görüş yerini seçməyi onlara buraxmayın. Gözəl bir bar, musiqili bir restoran onun ürəyini oxşaya bilər.

Əqrəb - Əqrəb özü səni özünə çəkər. Özləri haqqında çox danışmağı sevməzlər və danışdıqları zaman onları dinləməyinizi arzulayarlar. Onunla ikinci görüş şansını əsla qaçırmaq istəməzsiniz. Gözəl bir qorxu filmi, teatr və ya gecə gəzintisi Əqrəb üçün tam ideal görüşdür.

Oxatan - Oxatanı ələ keçirməyə və ya idarə etməyə çalışsanız, bu görüş sizin ilk və son görüşünüz olacaq. Öyrənməyi və yeni yerləri kəşf etməyi sevirlər. Onları heç vaxt getmədikləri açıq hava konsertinə, restorana və ya karaokeyə dəvət edə bilərsiniz.

Oğlaq - Təmkinli Oğlaqlar ilk görüşdə öz həyatları haqqında sizə danışmazlar. Adətən, dinləməyi sevirlər. Sənə ayırdığı zamanı işlədiyi zamandan ayırdığı üçün hörmətlə davran və gecikmə. İş əxlaqı, nizam-intizam və yüksək standartlar Oğlaq insanını izah edir. Oğlaq bürcü nümayəndəsini həftə sonu teatra, sevdiyi yazarın kitabının imza mərasiminə və ya təbiətə dəvət edə bilərsən.

Dolça - Dolçalar sosiallığı sevirlər. Dolça sevgilinizi bir muzeyə, bir şənliyə apararaq ürəyini oğurlaya bilərsiniz. Ağıllı danışanları sevdikləri üçün, öncə düşünün sonra danışın.

Balıq - Ona xəyallarından danış. Onun xəyallarını soruş. Şeir, müxtəlif sənət növləri haqqında söhbətləri sevərlər. Onları rəsm sərgisinə və ya filmə dəvət edə bilərsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »