Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" - "Marsel" oyununa görə metronun iş saatı uzadılacaq
"Qarabağ" - "Marsel" oyununa görə metronun iş saatı uzadılacaq

“Qarabağ” klubu Fransanın "Marsel" klubu ilə qarşılaşmanın axşam saatlarında başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, klubun mətbuat katibi Gündüz Abbaszadə müraciətə müsbət cavab verildiyini bildirib.

Belə ki, “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »