Belarus Prezidenti Aleksandr Lukaşenko Vətənin və Belarus Respublikasının Silahlı Qüvvələrinin Müdafiəçiləri Gününə həsr olunmuş təntənəli iclasda Ukrayna hakimiyyətinə “xaricdəki ağalardan əl çəkməyi” tövsiyə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Belarusun "BELTA" xəbər agentliyi məlumat verib.
“Bu kritik dövrdə bu yüksək tribunadan bir daha Ukrayna xalqına və rəhbərliyinə müraciət etmək istəyirəm. Əgər onlar hələ də qırmızı xətti keçməyiblərsə, dayansınlar. Xarici havadarlarınızı kənara çəkin. Onlar sizə heç bir xoşbəxtlik gətirməyəcəklər. Onlara etiraz edən kimi sizi tarixin zibilliyinə atacaqlar”, - deyib.
Lukaşenko vurğulayıb ki, Qərbin “ictimai rəyi müharibənin qaçılmazlığına hazırlamaq üçün genişmiqyaslı informasiya kampaniyası” kontekstində Qərb Şərqi Slavyan xalqlarını sıxışdırmağa və “slavyan mərkəzində” “müharibə ocağı” yaratmağa çalışır. O, həmçinin qeyd edib ki, “qaynar münaqişələr” tərəfdarları “Belarus vasitəsilə rusları arxadan güllələmək”də uğur qazana bilməyəcəklər.
Bizimyol.info