Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail snayperi ayaqsız fələstinlini qətlə yetirdi - VİDEO
Dünən –dekabrın 15-də İsrail hərbçiləri Qəzza bölgəsində növbəti qeyri-insani davranışa yol verib.

Moderator.az-ın xarici İslam saytına istinadla verdiyi xəbərdə deyilir ki, 2008-ci ildə Qəzza sektoruna İsrail təcavüzü zamanı hər iki ayağını itirmiş, əliyalın İbrahim Əbu Turayya 3-cü intifadanın( müqavimət hərəkatı) növbəti şəhidi olub. Cümə günü 29 yaşlı İbrahim digər fələstinli fəallarlarla birgə İsraillə Qəzza sektorunun sərhədində yəhudi hərbçilərlə toqquşmada iştirak edib. Ayaqsız müsəlman yalnız əllərinin köməyi ilə elektrik dirəyinin başına Fələstin bayrağını sancmağa cəhd edib. Bu zaman kəskin nişançı hərbçilərə zərər yetirmək üçün heç bir silaha, alətə belə, malik olmayan fələstinlini uzaqdan vurub. Yarası ölümcül olan İbrahimi silahdaşları döyüş bölgəsindən çıxarıblar.

Son xəbərlər
Bütün xəbərlər »