Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq baş nazirin oğlu evində ölü tapılıb
Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.

APAnın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.

Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmazın oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönəcəyi bildirilir.

Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmazla birgə şirkət sahibi olub.

Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evlənib, 3 il sonra onlar ayrılıblar.

Son xəbərlər
Bütün xəbərlər »