Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Son xəbərlər
Bütün xəbərlər »