Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məhsulların yararlılıq müddəti keçdikdən sonra qablardan çıxarılıb etiketsiz satılır"
"Məhsulların yararlılıq müddəti keçdikdən sonra qablardan çıxarılıb etiketsiz satılır"

Bu gün Bakının bir çox bazarlarında, mağaza və super marketlərində açıq şəkildə satılan qida məhsullarının olduğunu görürük. Bu məhsullardan bəzilərinin üzərində yararlılıq tarixi, istehsal edən firmanın rekvizitləri və s. digər məlumatlar olmur. Yəni vətəndaş bu məhsuldan zəhərlənsə belə, sübut edə bilməz ki, onun sağlamlığını pozan məhz bu qidadır. Bu isə bütün market və bazarların qaydalara laqeydliklə yanaşması, daha doğrusu qaydaları pozması deməkdir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar fasovka olunmalıdır, yəni qablaşdırılmalıdır. Onun etiketində son yararlılıq müddəti, istehsal edən firmanın rekvizitləri, “Yeyinti məhsulları haqqında” qanunun tələbləri gözlənilməlidir:

Eyyub Hüseynov Eyyub Hüseynov

“Lakin biz ən müasir marketlərdə belə, ətlərin qablaşdırılmadığını, bəzi məhsulların qablaşdırılmadığını görürük. Və yaxud peçenye və ya digər şirniyyat məhsullarının sadəcə olaraq salafana bükülərək, qoyulduğunu görürük”.

Eyyub Hüseynovun fikrincə, əksər hallarda belə məhsulların yararlılıq müddəti keçmiş olur.

Hər gün 10 tonlarla malın yararlılıq müddəti keçir, lakin bu məhsulların son taleyi barədə “Azad istehlakçılar” Birliyi yalnız son iki ayda fəal iş aparıb. Sumqayıt poliqonunda bir neçə yüz ton mal məhv edilib. Ekspert qeyd edib ki, bu işdə istehsalçı firmanın özü təşəbbüskar olub. “Sun Food” şirkəti özü yararlılıq müddəti keçmiş məhsulların məhv olunması üçün təşəbbüs qaldırıb. Birliyin nümayəndəsi İbrahim İbrahimov həmin prosesdə AQTA-nümayəndələri ilə birlikdə iştirak edib.

“Bunu başqa şirkətlər də etməlidir. Amma biz görürük ki, məhsulların yararlılıq müddəti keçdikdən sonra onlar qablarından çıxarılıb etiketsiz halda satılır. Belə mallar şübəli mallardır və NK-nin 94 saylı qərarının pozulması deməkdir. Belə mallar təkcə yaralılıq müddəti keçmiş mallar deyil, eyni zamanda saxlanma şəraiti pis olan məhsullardır. Biz açıq şəkildə bir çox məhsulların - balığın, qəndin, düyünün və s. açıq satılması halları ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və dövlətin qanunlarının pozulması deməkdir” - deyən ekspert vurğulayıb ki, bu kimi hallar istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması deməkdir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, AQTA bu sahədə də müvafiq işlər görməlidir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »