Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Müdafiə Nazirliyinə "DNR" və "LNR"-ə qoşun yeritməyi tapşırıb
Putin Müdafiə Nazirliyinə "DNR" və "LNR"-ə qoşun yeritməyi tapşırıb

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Müdafiə Nazirliyinə “DXR” və “LXR”ə qoşun yeritmək barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Donetsk və Luqansk xalq respublikalarının tanınması haqqında fərmanlarda deyilir.

"Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu fərmanın 3-cü bəndində göstərilən müqavilə bağlanana qədər Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyaların yerinə yetirilməsini təmin etsin", - deyə fərmanda qeyd edilir.

Bənzər bir göstəriş "LPR"nin tanınması haqqında sənəddə var.

Rusiya prezidenti həmçinin Xarici İşlər Nazirliyinə "LPR" və "DPR" ilə diplomatik münasibətlərin qurulması ilə bağlı danışıqlar aparmağı tapşırıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi həmçinin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə layihəsinin hazırlanması ilə bağlı, maraqlı federal icra hakimiyyəti orqanlarının iştirakı ilə, danışıqlar aparmalıdır.

Rusiya Federasiyasının "LPR" və "DPR" ilə müqavilələri bir-birinin ərazisindəki hərbi infrastruktur və hərbi bazalardan birgə istifadəni nəzərdə tutur.

“Razılığa gələn tərəflərin təhlükəsizliyini, habelə sülh və sabitliyi təmin etmək məqsədilə tərəflərin hər biri qarşı tərəfə öz ərazisində silahlı qüvvələrinin hərbi infrastrukturunu və hərbi bazalarını qurmaq, istifadə etmək və təkmilləşdirmək hüququ verəcək”, - müqavilələrdə deyilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »