Zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər.
Bizimyol.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat verməlidir.