Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə alıcıları necə aldadırlar – Həkimdən açıqlama
Apteklərdə alıcıları necə aldadırlar – Həkimdən açıqlama

Həkimin yazdığı reseptlə aptekə giririk, lakin əczaçının ağlına uyub oradan tamamilə başqa dərmanlar alıb çıxırıq. Bəzən bunu sadəlövlükdən, bəzən isə tamamilə məlumatsızlıqdan edirik. Lakin çox zaman vətəndaşların bu tələyə düşməsinə əczaçıları həkim yerində görmələri səbəb  olur.

Hətta elə insanlar var ki, səhhətində hansısa problem olduqda həkimə yox, məhz apteklərə üz tuturlar. Düşünürlər ki, aptekdə işləyirsə, yəqin ki, məlumatlı, savadlıdır. Lakin unudurlar ki, özləri də bilmədən böyük bir hiylənin qurbanına çevrilə bilərlər.

Həkim-farmakoloq Müşfiq Hüseynov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, əczaçıların başqa dərmanlara yönləndirmə etməsi məhz onların güddüyü maraqdan irəli gəlir.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Dünya praktikasında reseptə dərmanın adı yazılmır, yalnız onun tərkibi qeyd olunur. Məsələn, həkim pasientinə vitamin C yazırsa, o, brend adı yox, Askorbin turşusu yazır. Brend adı yazılmadığı üçün apteklər həmin tərkibi verə bilirlər və orada heç bir farmakoloji maraq güdülmür.

Konkret ad yazıldıqda isə əczaçı baxır ki, bu yazılan dərman məsələn, İtalya istehsalıdır, amma onun əlində bu yox, Türkiyə, Rusiya istehsalı olan dərmanlar var. Bu zaman müştəriyə təklif edir ki, “o dərmana filan qədər pul verincə, gəl, daha ucuz qiymətə bu ölkələrin istehsalını al”. Bu cür hallara xüsusən qida əlavələrində rast gəlinir.

Bunlar əczaçıların güddüyü maraqdır. Çünki bəzi şirkətlər birbaşa əczaçılarla kontakta girirlər və deyirlər ki, “sən bizim məhsulu sat, biz də sənə qarşılığında hörmət edəcəyik”. Bu, bir faktdır”.

Həkimin sözlərinə görə, bununla mübarizə etmək isə praktik olaraq, mümkün deyil. “Bu halların baş verməməsi, problemlərin yaşanmaması üçün gərək həkim mütləq qaydada xəstəyə tapşırsın ki, “gedirsən və mən yazan dərman vasitəsini alırsan. Başqa dərman vasitəsi alsan, mən onun effektiliyinə cavabdehlik daşımayacam””.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »